[b]Yığmamızın Avstriya perspektivi: İlk iki oyun nə vəd edir?[/b]
05.05.2016 - 18:49
[b]Yığmamızın Avstriya perspektivi: İlk iki oyun nə vəd edir?[/b]

Azərbaycan millisinin Avstriya perspektivi bəlli olub. Apasport.az saytının məlumatına görə, mayın 23-dən iyunun 4-dək Avstriyanın Bad Erlax qəsəbəsində təlim-məşq toplanışı keçirəcək yığmamızın 3 yoxlama oyunundan ikisinin dəyəri açıqlanıb.

 

Belə ki, FİFA-nın növbəti – iyunun 2-də dərc olunacaq reytinq siyahısına millimizin ilk iki matçı düşəcək. Mayın 26-da Makedoniya, 29-da Andorra ilə baş tutacaq matçların nəticələri gələn ay açıqlanacaq cədvəldə yer alacaq.

 

Kanada ilə iyunun 3-dəki görüş isə artıq iyul reytinqində keçərli olacaq. İlk ilki matçın əmsalımıza təsiri də indidən məlumdu.

 

Ümumi əmsalda Makedoniya üzərində qələbə 175, Andorra zəfəri 149 xala bərabər olacaq. Heç-heçələrin dəyəri isə müvafiq olaraq 58 və 50-di. Məğlubiyyət isə təbii ki, 0-la ölçülür.

 

Robert Prosineçkinin yetirmələri hər iki matçda qalib gəlsə, 4 illik reytinqi 280-ə qalxacaq. Bu gün açıqlanan siyahıda 269 xalla 133-cü olan millimiz qələbələri sıralasa, təxminən 7 pillə irəliləyə bilər. Bu, 11 xalın qazanılması ilə nəticələnəcək.

 

Makedoniyanı udub, “cırtdan”larla heç-heçə də etsək, xal hesabımız artacaq. Lakin cəmi 1 xal. Digər nəticələr isə yığmamızı geri salacaq. İki məğlubiyyət isə 22 xal itkisinə bərabər olacaq.

 

Digər millilərin də keçirəcəyi oyunlar onların da xal hesabını dəyişəcəyindən yığmamızın xalından fərqli, mövqeyini proqnozlaşdırmaq çətindi. Amma bugünkü siyahıda həmin xalın hansı yer üçün yetərli olacağına baxmaq mümkündü. Bu cədvələ nəzər salsaq, komandamızın mövqeyi çox dəyişməyəcək.

 

 

Makedoniya

Andorra

reytinq

Yer*

3

3

280

126

3

1

270

132

3

0

265

136

1

3

269

133

1

1

258

137

1

0

253

139

0

3

262

136

0

1

252

139

0

0

247

139

* - eyni xala malik komandanın bu gün açıqlanan cədvəldəki mövqeyi.

0