“Əvvəla Rumıniya yığmasını qələbə münasibətilə təbrik etmək və onlara 2014-cü il Avropa çempionatının Elit seçmə mərhələsində uğurlar arzulamaq istərdim. Oyunumuza gəlincə, biz turnirdəki əvvəlki matçlarımızdakı kimi mümkün olan hər şeyi etdik. Ancaq təəssüf ki, “Kuban baharı”nın qrup mərhələsində xalsız qaldıq”. Apasport.az saytının məlumatına görə, bunu 19 yaşadək qız futbolçulardan ibarət yığmamızın baş məşqçisi Patrisiya Qonsales deyib.
Bu gün Rusiyanın Soçi şəhərində keçirilən “Kuban baharı” turnirinin qrup mərhələsinin son oyununda millimiz Rumıniya ilə qarşılaşıb. Görüş rumıniyalıların 3:0 hesablı qələbəsi ilə başa çatıb.
Komandamızın liderlərindən olan yarımmüdafiəçi Nigar Cəlilli bu matçda 80 dəqiqəni əvəzolunmadan keçirib. Cəlilli Rusiyaya 0:3 hesabı ilə uduzduqları oyundakı kimi yaxşı çıxış etmədiklərini bildirib: “Biz tərəfdən oyun çox yaxşı deyildi. Əvvəlki – Rusiyaya qarşı keçirdiyimiz matçdakı kimi oynadıq. Ancaq qeyd etmək lazımdır ki, komanda sonadək döyüşdü. Sadəcə elə baş verdi ki, heç nə alınmadı”.
Millimizin çalışdırıcısı: Təəssüf ki, “Kuban baharı”nda xalsız qaldıq
24.03.2014 - 15:14
0
0