Millimizin futbolçusu oynamır, komandası irəliləyir
14.04.2014 - 08:00
Almaniyanın 2-ci Bundesliqasında XXX turun oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, millimizin futbolçusu Tuğrul Eratın şərəfini qoruduğu “Fortuna” öz meydanında “Aalen”i qəbul edib.
Görüş Düsseldorf təmsilçisinin ardıcıl ikinci qələbəsi ilə başa çatıb – 3:1. Zədəli Erat ötən tur oldğu kimi yenə meydana çıxmayıb.
Qeyd edək ki, bu nəticədən sonra “Fortuna” xalını 40-a çatdırıb. Tuğrulun komandası 2 pillə irəliləyərək IX pilləyə yüksəlib.
0
0