Millimizin futbolçusu yenə 90 dəqiqə meydanda
24.03.2014 - 11:09
Millimizin futbolçusu yenə 90 dəqiqə meydanda

Əsas yığmamızın yeni futbolçularından olan Tuğrul Eratın çıxış etdiyi “Fortuna” Almaniya 2-ci Bundesliqasında XXVI turun oyununa çıxıb. Apasport.az saytının məlumatına görə, Düsseldorf təmsilçisi turnir cədvəlində qonşu olduğu “Frankfurt”un qonağı olub.

Görüş qolsuz heç-heçə ilə başa çatıb. Erat ənənəvi olaraq matçın start heyətində yer alıb və görüşü əvəzolunmadan keçirib.

Qeyd edək ki, bu nəticədən sonra xalını 33-ə yüksəldən “Fortuna” yenə XI pillədə qalıb.