21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının AVRO-2015-in seçmə mərhələsinin son oyunlarına hazırlıq planı açıqlanıb. Apasport.az saytının məlumatına görə, sentyabrın 3-də İsrail, 9-da Portuqaliya ilə qarşılaşacaq Bernard Lippertin yetirmələri 3 mərhələdə toplanış keçəcək.
Komandamız avqustun 18-dən 20-ə qədər və avqustun 30-dan sentyabrın 3-dək Bakıda 2 dəfə yığışacaq. Sonuncu gün millimiz "Dalğa Arena"da İsraillə qarşılaşacaq.
Sentyabrın 4-dən 9-dək isə U-21 Lissabonda toplanışda olacaq. Pireney səfəri “Rio Mayor” stadionunda Portuqaliya ilə matçla tamamlanacaq.
Mənbə: affa.az