Millimizin hücumçusu Mersinə gedir
05.05.2014 - 08:50
Millimizin hücumçusu Mersinə gedir

Türkiyə çempionatının I liqasında Superliqaya vəsiqə uğrunda pley-off mərhələsinin təqvimi dəqiqləşib. Apasport.az saytının məlumatına görə, Azərbaycan millisinin sabiq futbolçusu Branimir Subaşiçin şərəfini qoruduğu “Orduspor” yarımfinalın ilk oyununu səfərdə “Mersin İdman Yurdu”na qarşı keçirəcək.

 

Hücumçumuzun da iştirak etməli olduğu Mersindəki matç mayın 9-da baş tutacaq. Həmin gün “Samsunpor” “Ankaraspor”u qəbul edəcək. Yarımfinalın cavab oyunları mayın 13-də baş tutacaq.

 

Qeyd edək ki, Superliqaya sonuncu 3-cü vəsiqənin sahibi mayın 18-də baş tutacaq final matçında bəlli olacaq.