Millimizin hücumçusundan 7 dəqiqəlik çıxış
07.04.2014 - 11:15
Millimizin hücumçusundan 7 dəqiqəlik çıxış

Millimizin hücumçusu Rüfət Dadaşovun çıxış etdiyi “Kayzerslautern”in 23 yaşadək komandası Almaniya Regionalliqasında XXVII turun oyununu keçirib. Apasport.az saytının məlumatına görə, “gənc iblislər” səfərdə “Baunatal”ın qonağı olub.

 

300 tamaşaçının izlədiyi görüş 1:1 hesabı ilə başa çatıb. Ötən tur start heyətində meydana çıxıb, 77 dəqiqə oynayan Dadaşov bu dəfə meydana son dəqiqələrdə daxil olub. Rəqib tarazlıq qolunu vurduqdan sonra baş məşqçi Rüfəti 83-cü dəqiqədə yarımmüdafiəçi Kristian Lenşin yerinə meydana buraxıb. Bununla belə, futbolçumuz 7 dəqiqəlik çıxışı ərzində heç nə ilə yadda qalmayıb.

 

Qeyd edək ki, Rüfət Dadaşovun komandası bu nəticədən sonra xalını 45-ə yüksəldib. “Kayzerslautern”in II komandası turnir cədvəlində yenə IV pillədədir.