Millimizin ikinci sınağı
19.03.2014 - 11:16
Millimizin ikinci sınağı

19 yaşadək qızlardan ibarət Azərbaycan yığması tarixində 2-ci dəfə “Kuban baharı” turnirinə qatılır. Apasport.az saytının məlumatına görə, futbolçularımızın da iştirak edəcəyi yarış sabah start götürəcək.

 

Rusiyanın Soçi şəhərində keçirilən turnirdə bu dəfə də 12 komanda mübarizə aparacaq. 10 qonaq milliyə meydan sahiblərinin 2 komandası - Rusiya və Krasnodar vilayətinin yığmaları da qoşulub.

 

Millimiz B qrupunda Rusiya, Rumıniya və İsraillə mübarizə aparacaq. Ötən il qrupda qalan komandamız 1/4 finala vəsiqə üçün ilk 2 pillədən birini tutmalı və ya 3-cülər arasında iki ən yaxşı nəticədən birini göstərməlidir. Qrup sonuncuları və ən pis göstəriciyə malik 3-cü pillə sahibi isə 9-12-ci yerlər uğrunda dairəvi sistemlə mübarizə aparacaq.

 

Qeyd edək ki, ötən il 3 məğlubiyyətlə qrup sonuncusu olan millimiz sonradan qazanılan qələbə və 1 heç-heçə ilə 9-cu yer urunda mübarizənin qalibi olmuşdu.

 

 

Qrup mərhələsi

A qrupu

 

20 mart

10:00. İran – Ukrayna

13:10. Estoniya – Slovakiya

 

22 mart

10:00. Slovakiya – İran

13:10. Ukrayna – Estoniya

 

24 mart

10:00. İran – Estoniya

13:10. Ukrayna – Slovakiya

 

B qrupu

20 mart

10:10. İsrail – AZƏRBAYCAN     

17:00. Rusiya - Rumıniya

 

22 mart

10:10. Rumıniya - İsrail

16:00. Rusiya – AZƏRBAYCAN

 

24 mart

10:10. AZƏRBAYCAN - Rumıniya

16:00. İsrail – Rusiya

 

C qrupu

20 mart

13:00. Türkiyə - Krasnodar vilayəti

17:10. ABŞ - Macarıstan

 

22 mart

13:00. Macarıstan – Türkiyə

16:10. Krasnodar vilayəti - ABŞ

 

24 mart

13:00. Türkiyə - ABŞ

16:10. Macarıstan - Krasnodar vilayəti