17 yaşadək futbolçulardan ibarət yığmamızın iyunun 24-dən 30-dək Qazaxıstanın paytaxtı Astanada təşkil olunacaq “Prezident kuboku” turnirində dəyişiklik baş verib. Apasport.az saytının məlumatına görə, turnirdə iştirak edəcək komandaların sayında və oyunların təqvimində dəyişiklik edilib.
Belə ki, A qrupunda Çinin, B qrupunda isə İranın iştirak etməyəcəyi müəyyənləşib. Əvvəlki təqvimdə İspaniya ilə iyunun 25-də qarşılaşmalı olan yığmamız pireneylilərlə bundan 2 gün sonra üz-üzə gələcək.
Yeni təqvimi diqqətinizə çatdırırıq:
A qrupu
Qazaxıstan
Gürcüstan
Qırğızıstan
B qrupu
İspaniya
Tacikistan
AZƏRBAYCAN
25 iyun
11:00 AZƏRBAYCAN - Tacikistan
17:30 Rəsmi açılış mərasimi
18:00 Qazaxıstan - Qırğızıstan
26 iyun
15:00 Gürcüstan - Qırğızıstan
18:00 Tacikistan – İspaniya
27 iyun
15:00 İspaniya - AZƏRBAYCAN
18:00 Qazaxıstan - Gürcüstan
29 iyun
11:00 V yer uğrunda oyun
13:00 III yer uğrunda oyun
18:00 Final
Millimizin İspaniya ilə oyunu 2 gün sonraya keçirildi
20.06.2014 - 17:41
0
0