Millimizin məşqçiləri eyni gündə 4 oyun izləyəcək
25.04.2014 - 13:30
Millimizin məşqçiləri eyni gündə 4 oyun izləyəcək

Azərbaycan milli komandasının məşqçilərinin Topaz Premyer Liqasının XXXII turunda izləyəcəyi oyunlar müəyyənləşib. Apasport.az saytının məlumatına görə, baş məşqçi Berti Foqts köməkçiləri ilə birlikdə 3 görüşə tamaşa edəcək.

Almaniyalı mütəxəssis həmyerlisi Volfqanq Rolff, Ulrix Ştayn və Mahmud Qurbanov 16:00-da başlayan "Sumqayıt" – "Bakı", 19:00-da start götürən "İnter" – "Xəzər Lənkəran" və ilk zərbəsi 20:00-da vurulacaq "Qarabağ" – "Neftçi" qarşılaşmaları zamanı stadionda olacaq. Aslan Kərimov isə autsayderlər qrupunda yer alanların iştirakı ilə keçiriləcək AZAL – "Rəvan" oyununu izləyəcək.

Mənbə: affa.az