Millimizin məşqçisi Avroliqa oyununda
02.07.2014 - 15:28
Avroliqanın ilkin təsnifat mərhələsi çərçivəsində sabah keçiriləcək “Qəbələ” – “Şiroki Briyeq” oyununu milli komandamızın məşqçilərindən də izləyən olacaq. Apasport.az AFFA-nın saytına istinadən xəbər verir ki, Qəbələdə baş tutacaq qarşılaşmaya yığmamızın baş məşqçisinin köməkçisi Mahmud Qurbanov stadiondan tamaşa edəcək.
Qeyd edək ki, “Qəbələ” – “Şiroki Briyeq” görüşü saat 20:00-da başlayacaq.
0
0