Millimizin məşqçisi Avstriyaya buraxılmadı
05.08.2014 - 12:43
Millimizin məşqçisi Avstriyaya buraxılmadı

Azərbaycan millisinin məşqçisi Aslan Kərimovun Avstriya səfəri baş tutmayıb. Apasport.az saytının məlumatına görə, baş məşqçi Berti Foqtsun tapşırığı ilə Zalsburqa ezam olunan çalışdırıcı Çempionlar Liqasının III təsnifat mərhələsinin eyniadlı komanda ilə “Qarabağ” arasındakı cavab görüşünü izləyə bilməyəcək.

 

Ağdam təmsilçisi ilə birlikdə səfərdə çıxan Kərimov hava limanından geri qayıdıb. Buna onun Şengen vizasının vaxtının bitməsi səbəb olub.  Nəticədə yığmamızın çalışdırıcısı uzun illər çıxış etdiyi komandanın oyununa televiziya vasitəsilə baxacaq.