Millimizin Moldova ilə ikinci oyununun başlanma saatı bilindi
18.06.2014 - 12:12
Kişinyovda hazırlıq keçən 15 yaşadək futbolçulardan ibarət millimizin Moldova ilə ikinci yoldaşlıq oyununun başlanma saatı müəyyənləşib. Apasport.az saytının məlumatına görə, Aslan Kərimovun yetirmələri sabah Bakı vaxtı ilə saat 13:00-da revanş qarşılaşmasına çıxacaq.
Qeyd edək ki, U-15 ilk oyununda Moldovaya 1:2 hesabı ilə uduzub. 100 azarkeşin izlədiyi görüşdə qolları İoan-Kelin Revenko (15), Turan Vəlizadə (16) və Aleksandr Osipov (34) vurub.
0
0