Millimizin Moldova ilə oyunlarının keçirilmə günləri bilindi
11.06.2014 - 13:49
Millimizin Moldova ilə oyunlarının keçirilmə günləri bilindi

15 yaşadək futbolçulardan ibarət yığmamızın (U-15) Moldova ilə keçirəcəyi yoldaşlıq oyunlarının məkanı və günləri müəyyənləşib. Apasport.az saytının məlumatına görə, Aslan Kərimovun yetirmələri sabahdan Kişinyovda hazırlıqlara başlayacaq və bu iyunun 20-dək davam edəcək.

 

Komandamız hazırlıqlarını “Zimbru” idman kompleksində keçirəcək. Yoldaşlıq oyunları isə Vadul-luy-Vode şəhərində baş tutacaq. U-15 moldovalı həmyaşıdları ilə gücünü iyunun 17-də və 19-da sınayacaq.

 

Qeyd edək ki, Moldova yığması bu il keçirdiyi matçların hamısında məğlub olub. Onlar İstanbulda Türkiyəyə (0:3, 0:3) və Vadul-luy-Vodedə Rumıniyaya (0:3, 0:1) qol vurmadan yenilib.