Yığmamızın oyunlarının təqvimi müəyyənləşdi
03.06.2015 - 10:12
İyunun 8-dən 20-ə qədər Gürcüstanın Tiflis şəhərində təlim-məşq toplanışında olacaq 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması 21-27 iyun tarixlərində isə Qazaxıstanın Astana şəhərində təşkil olunacaq “Prezident kuboku” turnirində iştirak edəcək. Apasport.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, Tiflisdə toplanış ərzində yığmamızın iki yoldaşlıq oyunu keçirməsi nəzərdə tutulub.
“Prezident kuboku” turnirində yığmamızın keçirəcəyi oyunların təqvimi bəlli olub:
22 iyun
Belarus – Azərbaycan
23 iyun
Rusiya-2 – Azərbaycan
25 iyun
Gürcüstan – Azərbaycan
0
0