Millimizin rəqibi acığını klubdan çıxdı
09.06.2014 - 13:59
Millimizin rəqibi acığını klubdan çıxdı

Yığmamızın növbəti Avropa çempionatının seçmə mərhələsində rəqiblərindən olan İtaliya millisi dünya çempionatı öncəsi son matçını keçirib. Apasport.az saytının məlumatına görə, “Skuadra Adzurra” Braziliyanın “Fluminense” klubu ilə gücünü sınayıb.

 

İlk 2 yoldaşlıq oyununda qələbə qazana bilməyən və cəmi 1 qol vuran italyanlar bütün acığını Braziliyanın A Seriyası təmsilçisindən çıxıb. Belə ki, Sezare Prandellinin komandası rəqibini 5:3 hesabı ilə məğlub edib.

 

İlk hissəsi 2:2 hesabı ilə başa çatan görüşdə Dortmund “Borussiya”sının yeni hücumçusu Çiro İmmobile het-trik və “Napoli”nin forvardı Lorentso İnsinye dubl edib. Maraqlıdır ki, İmmobile 5 qolun hamısında iştirak edib. O, 3 qol vurmaqla yanaşı, 2 məhsuldar ötürməyə də imza atıb.

 

Qeyd edək ki, İtaliya yığması mayın 31-də Londonda İrlandiya millisi (0:0) və iyunun 4-də Lüksemburqla (1:1) yoldaşlıq oyunları keçirmişdi. 

0