Millimizin rəqibi baş məşqçisi ilə yollarını ayıra bilər
07.02.2015 - 13:41
İtaliya millisinin baş məşqçisi Antonio Konte bu postda uzun müddət qalmaq fikrində deyil. Apasport.az saytının məlumatına görə, təcrübəli mütəxəssis karyerasını hansısa bir klubda davam etdirmək niyyətindədi.
İtaliya Futbol Federasiyasının rəsmiləri ilə arasında gərginlik yaranan Konte Avro-2016-dan sonra istefa vermək barədə düşünür. Amma çalışdırıcı Avropa çempionatının sonuna qədər işinin başında olacağını deyib.
Qeyd edək ki, İtaliya millisi Avro-2016-nın seçmə mərhələsində Azərbaycan yığması ilə eyni qrupda yer alıb.
0
0