Millimizin rəqibi lider oldu
13.08.2014 - 09:38
17 yaşadək qızlardan ibarət yığmalar arasında UEFA-nın inkişaf mini-turnirində ilk oyun gününün nəticələri məlum olub. Apasport.az saytının məlumatına görə, Estoniyanın paytaxtı Tallinndə təşkil olunmuş yarışın I turundan sonra Türkiyə millisi zirvəyə yüksəlib.
Meydan sahiblərini 3:0 hesabı ilə məğlub edən “ay-ulduzlular” bu qələbə sayəsində liderliyi ələ alıb. Azərbaycan millisini 1 cavabsız qolla yenən Farer adaları isə 2-ci pillədə qərarlaşıb.
Qeyd edək ki, millimiz bu gün liderlə qarşılaşacaq.
0
0