AVRO-2016-nın seçmə mərhələsində Azərbaycan millisinin rəqibi olan Bolqarıstan millisi DÇ-2014-ün iştirakçıları ilə yoxlama oyunu keçirə bilər. Apasport.az saytının məlumatına görə, sentyabrın 9-da Bakıda yığmamızın qonağı olacaq balkanlılar ölkəmizə Rusiyadan gəlmək imkanı əldə edib.
Belə ki, şimal qonşularımız sentyabrın ilk günlərində Moskvada bolqarıstanlılarla görüşmək istəyir. Sonuncular bu matçın əleyhinə olmasa da, qarşılaşmanın Sofiyada baş tutmasını təklif edib.
Lakin millimizin rəqibinə DÇ-2014-ün daha bir iştirakçısından da yoxlama oyunu təklif gəlib. Yığmamızın mundial zamanı məsləhətçi kimi çalışdığı ABŞ Bolqarıstana səfər etmək arzusundadır.
Qeyd edək ki, digər rəqiblərimizdən sentyabrın 3-də İtaliya Hollandiya ilə, ertəsi isə Norveç İngiltərə, Xorvatiya isə Slovakiya ilə görüşəcək.