Millimizin rəqibində kapitan dəyişikliyi - FOTO
02.10.2015 - 11:38
Millimizin rəqibində kapitan dəyişikliyi - FOTO

Avro-2016-nın seçmə mərhələsi çərçivəsində bu ay millimizlə qarşılaşacaq Bolqarıstan yığmasında kapitan dəyişikliyi baş verib. Apasport.az saytı yerli mətbuata istinadən xəbər verir ki, baş məşqçi İvaylo Petev Moskva “Spartak”ının oyunçusu İvelin Popova kapitanlıq sarğısını qaytarıb.

 

Bu mövsüm Rusiya çempionatında özünü yaxşı tərəfdən göstərən Popovun çıxışı Petevin də diqqətini cəlb edib. Məhz bunu əsas gətirən təcrübəli çalışdırıcı İvelinin yenidən bu missiyanı icra etməsini istədiyini bildirib.

 

Bolqarıstan mətbuatında sarğının Svetoslav Dyakova da veriləcəyi haqda xəbərlər yayılmışdı. Ancaq Petev fevralda Rumıniya ilə keçirilmiş yoldaşlıq görüşündə kapitan olmuş Dyakovu bu toplanışa dəvət etməyib. O, Popovun daha təcrübəli olduğunu əsas gətirərək, kapitanlığa daha layiq olduğunu bildirib.

 

Bu isə o deməkdi ki, oktyabrın 10-da Xorvatiya, 3 gün sonra isə millimizlə oyunlarda Bolqarıstan yığmasını meydana kapitan sarğısında ivelin Popov çıxaracaq.

 

Qeyd edək ki, Popov sonuncu dəfə 2014-cü il, noyabrda Malta ilə keçirilmiş matçda (1:1) kapitanlıq sarğısını daşımışdı. Millidə 56 oyun keçirən futbolçu 10 qola imza atıb. 

 

 

0