Dünən dünya çempionatı öncəsi növbəti yoxlama oyunları baş tutub. Apasport.az saytının məlumatına görə, millimizin növbəti Avropa çempionatının seçmə mərhələsindəki rəqiblərindən olan Xorvatiya millisi Braziliyanın Salvador şəhərində Avstraliya ilə qarşılaşıb.
“Hall Siti”nin hücumçusu Nikitsa Yelaviçin vurduğu qol xorvatlara minimal hesablı qələbə qazandırıb. Xatırladaq ki, Xorvatiya bundan əvvəl mayın 31-də Maliyə 2:1 hesabı ilə qalib gəlmişdi.
Ümumiyyətlə, Avstraliya və Meksikanın rəqiblərinin elə mundialda çıxış edəcək komandalar olduğunu nəzərə alsaq, dünya çempionatı iştirakçılarından yalnız “Xəzər Lənkəran”ın sabiq hücumçusu Rendall Brenesin də heyətində yer aldığı Kosta-Rika qələbə qazana bilməyib. Almanlar isə 2010-cu ilin sentyabrın 7-də Kölndə millimizi məğlub etdiyi kimi eyni hesabla ermənilərə də qalib gəlib.
Rusiya – Mərakeş 2:0
Qollar: Berezutski, 29; Jirkov, 58
Polşa – Litva 2:1
Qollar: Milik, 59; Levandovski, 79 (penalti) - Spalvis, 44
Almaniya – Ermənistan 6:1
Qollar: Şürrle, 52; Podolski, 72; Hövedes, 73; Kloze, 76; Qötse, 82; 90 – Mxitaryan, 70 (penalti)
Braziliya – Serbiya 1:0
Qol: Fred, 59
Kolumbiya – İordaniya 3:0
Qollar: Rodriges, 42 (penalti); Kuadrado, 83 (penalti); Quarin, 89
Xorvatiya – Avstraliya 1:0
Qol: Yelaviç, 58
Yaponiya – Zambiya 4:3
Qollar: Honda, 40 (penalti); 75; Kaqava, 74; Okubo, 90 - Katonqo, 9; Sinkala, 29; Musonda, 89
Yunanıstan – Boliviya 2:1
Qollar: Kone, 21; Katsuranis, 54 – Kardoso, 70
Kosta-Rika – İrlandiya 1:1
Qollar: Borqes, 65 (penalti) - Doyl, 19
Meksika – Portuqaliya 0:1
Qol: Alveş, 90
Millimizin rəqibindən yenə qələbə, ermənilər darmadağın edildi
07.06.2014 - 09:44
0
0