Millimizin rəqibinin baş məşqçisi: Çox məsuliyyətli olmalıyıq
05.02.2015 - 18:11
Millimizin rəqibinin baş məşqçisi: Çox məsuliyyətli olmalıyıq

“Asan qrupa düşməmişik. Bu isə o deməkdi ki, çox məsuliyyətli olmalıyıq”. Apasport.az saytının məlumatına görə, bu sözləri Avstriyanın 21 yaşadək futbolçularından ibarət yığmasının baş məşqçisi Verner Qreqorits deyib.

 

AÇ-2017-nin seçmə mərhələsində millimizlə eyni qrupda yer alan Avstriyanın U-21 komandasının çalışdırıcısı komandasının şanslarını dəyərləndirib: “Almaniya ilə qarşılaşmaq arzum idi. Almanlarla oyun həm onlar, həm də bizim üçün böyük önəm kəsb edəcək. Rusiya millisi də top-komandalar sırasındadı. Digər komandalarla da görüşlər çətin keçəcək”.

 

Qeyd edək ki, Avstriyadan əlavə, Almaniya, Rusiya, Finlandiya və Farer adaları da millimizlə eyni qrupda yer alacaq. Yığmamızın Avstriya ilə ilk görüşü sentyabrın 4-də baş tutacaq.