DÇ-2014-ün qrup mərhələsində Azərbaycan milli komandasının rəqibi olan Rusiya yığması sentyabr ayında Lüksemburq və İsrailə qarşı ev oyunlarını Sankt-Peterburqda keçirə bilər. Apasport.az saytının məlumatına görə, bu haqda yerli mətbuata şimal qonşularımızın baş məşqçisi Fabio Kapello deyib.
O, bu şəhərdə meydançanın vəziyyətinin yaxşı olduğunu ifadə edib: “Lüksemburq və İsraillə biz Sankt-Peterburqda oynamağı planlaşdırırıq. Düşünürəm ki, ora yığmanı gətirmək üçün yaxşı hal olacaq. Və meydança orada yaxşı vəziyyətdədir”.
Qeyd edək ki, Rusiya Lüksemburq millisi ilə sentyabrın 6-da, İsrail yığması ilə isə 4 gün sonra qarşılaşacaq.
- “Yuventus”dan yeni transfer - RƏSMİ
- “Mançester Siti” Enzo Fernandezdən əl çəkmir – Danışıqlar yenidən başlayır
- Kanselo “Barselona”ya qayıdır – Portuqaliyalı İspaniyada
- Qakpo “Liverpul”u tərk edir – “Tottenhem”lə razılaşdı
- Rodrinin əvəzləyicisi tapıldı – “Mançester Siti” 18 yaşlı ulduzu transfer edir