Millimizin rəqiblərinin oyununda qol yağışı
23.04.2014 - 08:51
Millimizin rəqiblərinin oyununda qol yağışı

17 yaşadək qızlar arasında keçirilən beynəlxalq Avrasiya turnirində I tura yekun vurulub. Apasport.az saytının məlumatına görə, Azərbaycan millisinin də çıxış etdiyi turnirin ilk oyun günü Rusiya və Sverdlovsk vilayətinin komandaları arasında matçla yekunlaşıb.

 

Ölkənin əsas yığmasının aşkar üstünlüyü ilə keçən qarşılaşmada 11:1 hesabı qeydə alınıb. Bu qol yağışından sonra Rusiya millisi liderliyi ələ alıb.

 

Qeyd edək ki, turnirin açılış matçında Sibir yığması ilə üz-üzə gələn millimiz qolsuz heç-heçə ilə kifayətlənmişdi.