Millimizin sabiq futbolçusu “Dinamo”ya keçdi
01.07.2014 - 17:49
Milli komandamızın sabiq hücumçusu Rizvan Umarov klubunu dəyişib. Apasport.az Sankt-Peterburq klubunun rəsmi saytına istinadən xəbər verir ki, 21 yaşlı futbolçu Rusiyanın I dəstə təmsilçisi “Dinamo” ilə müqavilə bağlayıb.
Qeyd edək ki, “Zenit”in futbol məktəbinin yetirməsi olan Rizvan Umarov əvvəllər İspaniyada “Kastelyon” və “Elçe İlisitano” klublarının şərəfini qoruyub. Onun son klubu Rusiyanın “Anji” klubu olub.
0
0