Millimizin sabiq futbolçusu rəsmən aşağı dəstədən yuxarıya yüksəldi
28.04.2014 - 17:47
Millimizin sabiq futbolçusu rəsmən aşağı dəstədən yuxarıya yüksəldi
21 yaşadək millimizin sabiq yarımmüdafiəçisi olan Timur Təməltaşın çıxış etdiyi “Altınordu” növbəti mövsümdən Türkiyənin I dəstəsində çıxış edəcəyini rəsmiləşdirib. Apasport.az saytının məlumatına görə, İzmir təmsilçisi sona 2 tur qalmış buna nail olub.

Belə ki, “Altınordu” doğma azarkeşləri önündə Ankaranın “Kızılcahamamspor” komandasını 3:0 hesabı ilə məğlub edib. Bu isə komandanın 75 xalla II dəstənin “Qırmızı” qrupunda ilk sıranı heç kimə verməyəcəyi anlamına gəlir.

Qeyd edək ki, bu görüşdə Timur Təməltaş 90 dəqiqə meydanda olub.