Millimizin seleksiya xarakterli toplanışı keçiriləcək
28.04.2014 - 12:15
Millimizin seleksiya xarakterli toplanışı keçiriləcək

Bakıda 19 yaşadək futbolçulardan ibarət milli komandamızın təlim-məşq toplanışı keçiriləcək. Apasport.az AFFA-nın saytının xəbərinə görə, toplanış seleksiya xarakterli olacaq.

 

Toplanış mayın 6-dan 10-a qədər davam edəcək. Nikolay Adamın seleksiya xarakterli toplanışı payızda keçiriləcək Avropa çempionatının seçmə oyunları üçün yeni futbolçu seçməyə hesablanıb.

 

Qeyd edək ki, seleksiya xarakterli toplanışa çağırılacaq futbolçuların daha sonra AFFA tərəfindən açıqlanacağı gözlənilir.