Millimizin üzvü 2 dəqiqəlik şans qazandı
01.03.2015 - 01:09
Millimizin üzvü 2 dəqiqəlik şans qazandı

Almaniya II Bundesliqasında XXIII turun oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, millimizin üzvü Dmitri Nazarovun şərəfini qoruduğu “Karlsrue” növbəti matçına çıxıb.

 

Təmsilçimizin komandası səfərdə "Nurnberq"lə üz-üzə gəlib. Oyunda qalib müəyyənləşməyib – 1:1.

 

Bu görüşdə Nazarov 88-ci dəqiqədə Manuel Torresin əvəzinə meydana çıxıb.

 

Qeyd edək ki, hazırda “Karlsrue” 39 xalla turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb.