Millimizi məğlub edən klubun kimliyi müəyyənləşdi
05.04.2014 - 10:31
Millimizi məğlub edən klubun kimliyi müəyyənləşdi

17 yaşadək futbolçulardan ibarət millimizin Xorvatiyanın Umaq şəhərində keçirdiyi ilk yoxlama oyunundakı rəqibin kimliyi müəyyənləşib. Apasport.az saytının məlumatına görə, Nikolay Adamın yetirmələri Xorvatiyanın elita təmsilçisi “Riyeka”nın U-19 komandasına məğlub olub.

Bu komanda növbəti mövsümdən “Riyeka”nın əvəzedici komandası kimi Xorvatiyanın II dəstəsində çıxış edəcək. Millimizlə oyunda Riyeka təmsilçisi Nigeriyanın Abuca Akademiyasından gəlmiş futbolçuların xidmətindən də yararlanıb. Qolu da məhz nigeriyalı oyunçu qapımızdan keçirib. Belə ki, Andriya Tomlyanoviçin sağ cinahdan asmasını 1-ci dəqiqədə Coşua Aqbula qolla tamamlayıb və görüş elə bu hesabla da başa çatıb.

Qeyd edək ki, U-17 aprelin 1-də “İstra”nın yeniyetmələrdən ibarət komandası ilə oyun keçirməli olsa da, sonradan naməlum səbəbdən bundan imtina etmişdi.