Millimizlə oyunda “Slaviya”nın futbolçularına “yaşıl işıq”
28.09.2015 - 12:15
Millimizlə oyunda “Slaviya”nın futbolçularına “yaşıl işıq”

Avro-2016-nın seçmə mərhələsi çərçivəsində yığmamızın rəqiblərindən olan Bolqarıstan millisinin baş məşqçisi İvaylo Petev yekun heyəti hələ açıqlamayıb. Apasport.az saytı xəbər verir ki, təcrübəli çalışdırıcı bu məqsədlə çempionat oyunlarını tribunadan izləyir.

 

Petev ötən həftəsonu “Lokomotiv” (Plovdiv) və “Slaviya” (Sofiya) matçını (2:0) izləyib. Bolqarıstanlı həmkarlarımızın fikrincə, Petev “Slaviya”nın bir neçə gənc üzvünü “qaralayıb”. O, adı açıqlanmayan həmin futbolçulara ilk dəfə millidə şans vermək niyyətindədi. Petev gələn ay keçiriləcək qarşılaşmalarda “Slaviya”nın futbolçularına yığmada debüt etmək şansı yaradacaq.

 

Qeyd edək ki, Bolqarıstan yığması Avropa çempionatının seçmə mərhələsində son oyunlarını oktyabrın 10-da Xorvatiya, 13-də isə Azərbaycan millisinə qarşı keçirəcək. Məhz yığmamızla oyundan sonra Petev postunu tərk edəcək.