Millimizlə oyunöncəsi 3-cü qələbə
23.02.2015 - 00:03
Millimizlə oyunöncəsi 3-cü qələbə

Millimizlə yoxlama görüşündə üz-üzə gələcək Ukrayna “Şaxtyor”u təlim-məşq toplanışının 3-cü mərhələsində növbəti matçını keçirib. Apasport.az saytının məlumatına görə, Donetsk təmsilçisi Antalyada Minsk “Dinamo”su ilə qarşılaşıb.

 

Daha əvvəl Qazaxıstanın "Atırau" klubunu 1:0, Polşa təmsilçisi “Tıxı”nı 3:1 hesabı ilə mğlub edən Mirça Luçeskunun yetirmələri yenə qalib gəlməyi bacarıb – 2:0. Matçda Adriano 72-ci dəqiqədə ehsabı penaltidən açıb. 2 dəqiqə sonra Duqlas Kosta oyunda son nöqtəni qoyub.

 

Qeyd edək ki, Azərbaycan – “Şaxtyor” oyunu fevralın 24-də keçiriləcək.