Millinin baş məşqçisi postundan ayrıldı
18.12.2015 - 15:08
Millinin baş məşqçisi postundan ayrıldı

Monteneqro yığmasının baş məşqçisi Branko Brnoviçlə yollar ayrılıb. Apasport.az saytı xəbər verir ki, milli ilə müqaviləsinin müddəti başa çatan çalışdırıcıya yeni sözləşmə təklif edilməyib.

 

Nəticədə 2011-ci ildən “sükan” arxasında olan Brnoviçin Monteneqro millisindəki fəaliyyəti başa çatıb. Onun postuna kimin gətiriləcəyi hələ ki, açıqlanmır.

 

Qeyd edək ki, Monteneqro yığmasının yeni baş məşqçisinin adı gələn ilin əvvəllərində bəlli olacaq.