17 yaşadək qızlardan ibarət futbol yığmamızın UEFA-nın İnkişaf mini turnirində rəqiblərindən olan Bosniya və Herseqovina yığması heyətini açıqlayıb. Apasport.az saytının məlumatına görə, baş məşqçi İliya Lutsiç 20 futbolçuya dəvət göndərib.
Lutsiya Leovats, Amina Şapçanin (hər ikisi “Mladost” Domalyevats), Diyana Kurtoviç, Sandra Azinoviç (hər ikisi “Jelyezniçar 2011”), Marinela Lovriç, Kanita Devoli (hər ikisi “Çelik”), Ana Boyaniç, Yosipa Strukar (hər ikisi “Mladost” Neviç Polye), Andrea Tsrnobrnya (“Mladost” Novi Qrad), Aldina Butkoviç, Vildana Hodjiç (hər ikisi “Fortuna” Jivinitse), Nikolina Palatskoviç, Maya Teyiç, Stana Stankoviç, Ancela Kodjo (hamısı “Banya Luka”), Anya Limanoviç, Meryema Mediç (hər ikisi SFK 2000), Sara Obradoviç, Vanya Miloşeviç (hər ikisi “Modriça”), Adisa Maşiç (“Qradina”).
Qeyd edək ki, bu turnirdə U-17-nin rəqibləri meydan sahibi olan Bosniya və Herseqovinadan başqa, Monteneqro və Makedoniya milliləridir. Siyasət Əsgərovun yetirmələri iyunun 17-də Bakı vaxtı ilə saat 14:00-da Sarayevonun “Hrasnitsa” stadionunda meydan sahibləri ilə qarşılaşacaq.
Miloşeviç yığmamızla oyuna çağırıldı
13.06.2014 - 09:04
0
0