Mario Balotellinin maraqlarını təmsil edən agent Mino Rayola italiyalı futbolçunun “Qalatasaray”a keçidi barədə xəbərləri təkzib edib. Apasport.az saytının məlumatına görə, futbolçunun agenti “Milan”ın hücumçusunun komandadan gedəcəyi ilə bağlı bütün xəbərlərin yalan olduğunu vurğulayıb.
“Balo “Qalatasaray”da? Bu şayiədir” - deyə, Rayola iddia edib: “Bu, nəsə inanılmaz iddiadır. Onun həqiqətlə heç bir əlaqəsi yoxdur. Ümumiyyətlə Balotellinin komandadan gedəcəyi ilə bağlı bütün xəbərlər yalandır”.
Hücumçu ötən mövsüm A seriyasında keçirdiyi 30 oyunda 14 qol vurub və 8 məhsuldar ötürmə edib.