Mirbağır İsayev: Mərkəzdə buraxdığımız səhvlərdən qapımızda qol gördük
18.02.2015 - 21:01
Mirbağır İsayev: Mərkəzdə buraxdığımız səhvlərdən qapımızda qol gördük

“Oyun rəqibin üstünlüyü ilə keçdi”. Apasport.az saytının məlumatına görə, bu sözləri Azərbaycan U-17 yığmasının baş məşqçisi Mirbağır İsayev deyib.

 

O, bu gün yoldaşlıq oyununda Rusiya millisinə 1:2 hesabı ilə məğlub olmalarına şərh verib: “Hesabı açmağımıza baxmayaraq, qoruya bilmədik. Mərkəzdə buraxdığımız səhvlərdən qapımızda qol gördük. Elit-raund mərhələsinə bir ay qalıb. Bu cür oyunlar keçirmək bizim üçün vacibdir. Elit-raunda qədər ilk 18-liyi müəyyənləşdirməliyik”.

 

affa.az