“Oyunun ilk 15 dəqiqəsində meydanda daha çox Rusiya yığması nəzərə çarpırdı”. Apasport.az saytının məlumatına görə, bu sözləri Azərbaycan U-17 yığmasının baş məşqçi Mirbağır İsayev deyib.
O, Rusiya millisinə yoldaşlıq oyununda 2:4 hesabı ilə məğlub olmalarından danışıb: “Bu, heyətdə etdiyimiz dəyişikliklərlə bağlıdır. Sevindici cəhət odur ki, Qara Qarayevi layiqincə əvəz edəcək Famil Camalov kimi futbolçu var. O, iki qol vurdu. Hətta üçüncünü də vura bilərdi. Əlbəttə, meydana qələbə üçün çıxmışdıq. Məni narahat edən əsas məsələ müdafiəçilərin primitiv səhvlərə yol verməsi oldu. Bu cür oyunların keçirilməsi yığmanın xeyrinədir. Yoxlama oyununda uduzsaq da, vacib olanı rəsmi qarşılaşmalarda qələbə qazanmaqdır”.
Rusiya yığmasının baş məşqçisi Mixail Qalaktionov isə bunları deyib: “Oyundan razı qaldım. Elit-raund öncəsi yaxşı hazırlıq oldu. Bu oyunlar təcrübə qazanmaq baxımından bizim üçün uğurlu alındı. Rəqibin səviyyəsi də bizi qane etdi. Fikrimcə, Azərbaycan yığması elit-raundda rəqibləri üçün asan keçiləcək komanda olmayacaq. Yığmanızın mərhələ adlamaq şansı var”.
affa.az