Mirça Luçesku “Qalatasaray”da?
29.04.2014 - 15:58
Mirça Luçesku “Qalatasaray”da?

Mirça Luçesku “Qalatasaray”la razılığa gəlib. Apasport.az saytının xəbərinə görə, bu barədə Rumıniya Futbol Federasiyasının sabiq prezidenti Mirça Sandu ölkə mətbuatına açıqlamasında deyib.

 

UEFA-nın İdarə Heyətində yer alan Sandu Luçesku ilə yaxın dost olduğunu, onun yayda “Qalatasaray”ın baş məşqçisi olacağını bildirib: “Mirça Luçesku ilə yaxın dostuq. 10 ilə yaxındır ki, “Şaxtyor”da baş məşqçi idi. Artıq dəyişiklik etmək istədi və “Qalatasaray”la anlaşdı. Yayda İstanbul klubunun baş məşqçisi olacaq”.