Mixail Qalaktionov millimizin oyununu təriflədi
18.02.2015 - 21:09
Mixail Qalaktionov millimizin oyununu təriflədi

“Bizi dəvət etdiyi üçün AFFA-ya təşəkkür edirəm”. Apasport.az saytının məlumatına görə, bu sözlər Rusiya U-17 yığmasının baş məşqçisi Mixail Qalaktionova məxsusdu.

 

O, bu gün keçirilən yoldaşlıq oyununda millimizə 2:1 hesabı ilə qalib gəldikləri görüşdən danışıb: “Hər şey yüksək səviyyədə təşkil edilib. Çox maraqlı oyun keçdi. Daha əvvəl də qarşılaşmışıq. Meydanda yaxşı rəqib gördük. İnanıram ki, növbəti oyun da gərgin və maraqlı keçəcək. Komandaların yaxşı potensialı var”.

 

affa.az