Moldova millisinin qapıçısı AZAL-da
30.06.2014 - 22:20
Moldova millisinin qapıçısı AZAL-da

 

AZAL klubu bu gün ikinci müqaviləni rəsmiləşdirib. Apasport.az saytının məlumatına görə, “təyyarəçilər” Moldova yığmasının əsas qapıçısı Stanislav Namaşko ilə anlaşıb. 27 yaşlı qolkiper 2 illik müqaviləyə qol çəkib.

 

Qeyd edək ki, Tiraspolda doğulan Namaşkonun ölkəsindəki karyerası doğma şəhəri ilə bağlıdır. Onun vaxtilə şərəfini qoruduğu "Tiraspol", "Şerif" və 2014-cü ilin fevralından mövsümün sonuna qədər çıxış etdiyi "Dinamo-Avto" klubları məhz Tiraspolu təmsil edir. Namaşko Rusiyada da legioner həyatı yaşayıb. O, "Kuban", Nalçik "Spartak"ı və Həştərxan "Volqar"ında oynayıb.

 

Kifayət qədər təcrübəsi olan qolkiper Moldovanın U-19 və U-21 yığmalarında çıxış edib, 2007-ci ildən isə əsas milliyə dəvət alıb. O, Moldova millisində 40 oyuna çıxıb. Namaşko həm də 2011-ci ilin martında İsveç yığmasının ulduzu Zlatan İbrahimoviçin penalti zərbəsini dəf etməklə məşhurlaşıb.