Motta getmək istəyir, PSJ buraxmır
20.07.2015 - 16:07
Motta getmək istəyir, PSJ buraxmır

PSJ rəhbərliyi ilə komandanın təcrübəli futbolçusu Tiaqo Motta arasında narazılıq səngimək bilmir. Apasport.az saytı xəbər verir ki, bu səbəbdən 33 yaşlı yarımmüdafiəçi Paris klubunu tərk etmək niyyətindədi.

 

Buna baxmayaraq, fransızlar Mottanı buraxmaq istəmirlər. Etiraz əlaməti olaraq, futbolçu məşqlərə çıxmaqdan imtina edib. O, komandasının yeni mövsümöncəsi yoxlama görüşlərində də iştirak etməyib.

 

Məsələ ilə bağlı danışan Loran Blan bildirib ki, Motta müqaviləsinin şərtlərinə əməl etməlidi: “Hələlik vəziyyət dəyişməyib. Motta və klub rəhbərliyi fərqli mövqelərdə dayanıblar. Tiaqonun klubla müqaviləsi var və o, sözləşmənin şərtlərinə əməl etməlidi. İstərdim ki, bu problem tez bir zamanda həll olunsun. Çünki Motta komandanın əsas oyunçularındandı. Mən ona güvənirəm”.