“Çelsi” futbol klubunun baş məşqçisi Joze Mourinyo komandasının növbəti mövsüm İngiltərə çempionu olmaq istədiyini açıqlayıb. Apasport.az saytının məlumatına görə, “zadəgənlar” ötən mövsüm Premyer-Liqanı üçüncü yerdə başa vurublar.
Mourinyo ambisiyalarının böyük olduğunu vurğulayıb: “Biz çempion olacağımıza inanmasaydıq, bizim səviyyəmizin aşağı olduğunu düşünsəydik, belə bir gərgin iş aparmazdıq. Biz ümumiyyətlə bu komandada olmazdıq. Rəqiblərimizə və onların ambisiyalarına hörmətlə yanaşırıq. Çünki onlar da bizim istədiyimizi istəyirlər. Amma bizim də ambisiyamız böyükdür. Biz çempionatda qalib gəlmək istəyirik və mübarizəyə tam hazırıq”.