“Çelsi” futbol klubunun baş məşqçisi Joze Mourinyo komandaya məhdud sahədə fəaliyyət göstərə bilən hücumçu lazım olduğunu bildirib. Apasport.az saytının məlumatına görə, portuqaliyalı mütəxəssis “zadəganların” hücum xəttindən narazıdır və yay mövsümündə hücumçu almaq istəyir.
Yeni hücumçu kimi ən real namizəd olaraq “Atletiko”nun futbolçusu Dieqo Kosta göstərilir. Mourinyo komandanın yaxşı heyətinin olduğunu vurğulayıb: «Əla komandamız var. Amma məhdud sahədə oynayan hücumçu yoxdur. “Çelsi”yə killer instinkti olan hücumçu lazımdır. Belə hücumçu komandanı lazımi səviyyəyə çıxara bilər».