Mourinyo: Hamı bizim turniri tərk edəcəyimizi gözləyir
08.04.2014 - 03:32
Mourinyo: Hamı bizim turniri tərk edəcəyimizi gözləyir

 

“Çelsi”nin baş məşqçisi Joze Mourinyo Çempionlar Liqasının 1/4 finalında PSJ-yə qarşı cavab görüşü barədə danışıb. Apasport.az saytının məlumatına görə, portuqaliyalı məşqçi londonluların turniri tərk etməsinə heç kimin təəccüblənməyəcəyini bildirib.

 

Mourinyo eyni zamanda qeyd edib ki, futbolçuları müsbət nəticə əldə edə bilərlər: “Mən Çempionlar Liqasında 100-dən çox oyun keçirmişəm və sabahkı oyunun necə olacağını bilirəm. “Çelsi”nin futbolçuları səviyyələrini, əminliklərini və ambisiyalarını göstərməlidirlər. Bu, top-səviyyədə oyun üçün tələb olunan keyfiyyətlərdir. Əgər PSJ turniri tərk etsə, bu Paris klubunun azarkeşləri üçün böyük xəyal qırıqlığı olacaq. Biz turniri tərk etsək, hamının bizdən gözlədiyi baş verəcək. Riskin gözəlliyi də bundadır. Hər şey oyunda həll olunacaq. Mən oyunçularıma inanıram”.