“Çelsi” futbol klubunun baş məşqçisi Joze Mourinyo Argentina millisinin hücumçusu Lionel Messini fantastik futbolçu adlandırıb. Apasport.az saytının məlumatına görə, eyni zamanda, portuqaliyalı mütəxəssis argentinalını futbol tarixində dahi oyunçu hesab etmədiyini də bildirib.
Mourinyo Messinin artıq özünü sübut etdiyini bəyan edib: “Mən hesab edirəm ki, Messi fantastik futbolçudur. Onun son onillikdə tarix yazdığını sübut etmək üçün dünya çempionu olmasına ehtiyacı yoxdur. Bununla yanaşı, Messi mənim üçün futbol tarixində dahi futbolçu statusunda deyil”.
Qeyd edək ki, Messinin kapitanı olduğu Argentina millisi dünya çempionatının finalına kimi irəliləyə bilib.