Mourinyo: Pirandelli İtaliya yığmasında qalmalıdır
01.07.2014 - 04:59
Mourinyo: Pirandelli İtaliya yığmasında qalmalıdır

 

“Çelsi”nin baş məşqçisi Joze Mourinyo İtaliya yığmasının baş məşqçisi Çezare Pirandellinin gələcək taleyi barədə danışıb. Apasport.az saytının məlumatına görə, portuqaliyalı mütəxəssis Pirandellinin yığmada qalmalı olduğunu vurğulayıb: “Hesab edirəm ki, İtaliya növbəti turnirə hazırlığı Pirandelli ilə başlamalıdır. Hazırda İtaliya futbolu ən yaxşı dövrünü yaşamır. Pirandelli 2010-cu il dünya kubokundakı fəlakətdən sonra komandanı yenidən qurub. O, Avro-2012-də və 2013-cü il Konfederasiya Kubokunda yaxşı işləyib. Və işinə davam etməlidir”.

 

Xatırladaq ki, İtaliya millisi hazırkı dünya çempionatının qrup mərhələsində İngiltərə yığmasına qalib gəlib (2:1), Kosta-Rikaya (1:0) və Uruqvaya (1:0) uduzub və növbəti mərhələyə çıxa bilməyib.