Mourinyo: Simeonenin məndən üstün olduğu ilə razı deyiləm
22.04.2014 - 03:30
Mourinyo: Simeonenin məndən üstün olduğu ilə razı deyiləm

“Çelsi” futbol klubunun baş məşqçisi Joze Mourinyo Çempionlar Liqasının yarımfinalında qarşılaşacaqları “Atletiko Madrid” klubuna hörmətlə yanaşdığını bildirib. Apasport.az saytının məlumatına görə, portuqaliyalı baş məşqçi madridlilərin baş məşqçisi Dieqo Simeone ilə müqayisəsinin korrekt olmadığını vurğulayıb.

 

Mourinyo UEFA-nın rəsmi saytına açıqlamasında qarşıdan gələn oyuna marağın böyük olduğunu qeyd edib: “Düşünürəm ki, istənilən məşqçi və futbolçu belə oyunda iştirak etmək istəyərdi. Mən Dieqo Simeonenin məşqçi kimi məndən üstün olduğu barədə fikirlə razılaşmıram. Məşqçiləri müqayisə etmək çətindir. Düzünü desəm, bu heç ədalətli də deyil. 15 illik təcrübəsi olan məşqçini daha az təcrübəsi olan məşqçi ilə müqayisə etmək ədalətli deyil. Belə şeylər mənim xoşuma gəlmir. Hər şey gözəl səslənir, amma mən razı deyiləm. Mən buraya “Atletiko” barədə danışmaq üçün gəlməmişəm – bunu oyunçularımla müzakirə etmişəm. Çempionlar Liqasının yarımfinalına qədər ancaq güclü komandalar çatır – burada istisna yoxdur. Əgər “Atletiko” buradadırsa, deməli, yaxşı komandadır. Biz rəqibə hörmətlə yanaşırıq. Biz rəqibi öyrənmişik və analiz etmişik. Mən “Atletiko”nu necə gördüyüm barədə danışmaq istəmirəm”.