Mourinyo Braziliya yığmasından imtina etdi
13.07.2014 - 09:20
“Çelsi” futbol klubunun baş məşqçisi Joze Mourinyo Braziliya yığmasına başçılıq etməkdən imtina edib. Apasport.az saytının məlumatına görə, portuqaliyalı mütəxəssis sonradan danışıqlara qayıdacağını istisna etməyib.
Braziliya Futbol Federasiyasının rəhbərləri əmindirlər ki, Mourinyo bu posta ən yaxşı namizəddir.
Braziliya millisi 1/4 finalda Almaniya 7:1, üçüncülük uğrunda oyunda isə Hollandiyaya 3:0 hesabı ilə məğlub olub. Luis Felipe Skolarinin komandası mündiallar tarixində ən çox qol buraxan ev sahibi olub.
0
0