Mourinyo Çexi satır?
12.06.2014 - 03:37
Mourinyo Çexi satır?

 

“Çelsi” futbol klubu yay transfer mövsümündə qapıçı Petr Çexi satmağa hazırlaşır. Apasport.az saytının məlumatına görə, London klubu digər klubların çexiyalı futbolçu ilə bağlı transfer təkliflərini nəzərdən keçirməyə nəzərdə tutub.

 

“Goal.com”un məlumatına görə, baş məşqçi Joze Mourinyo artıq növbəti mövsümdən etibarən qapının Tibo Kurtuaya tapşırılmasını istəyir. Xatırladaq ki, Belçika millisinin 22 yaşlı qapıçısı Tibo Kurtua “Çelsi”yə 2011-ci il iyulun 14-də də keçib və bir neçə gündən sonra “Atletiko”ya icarəyə verilib. Qapıçı ötən mövsüm Madrid klubu ilə bir yerdə İspaniya çempionatında qalib gəlib və Çempionlar Liqasının finalında oynayıb.

 

32 yaşlı Petr Çex isə 2004-cü ildən etibarən “Çelsi” ilə 479 oyuna çıxıb. Onun klubla müqaviləsi 2 ildən sonra bitir.