Mourinyo Droqba haqqında: Onda hələ də qatil xarakteri var
01.08.2014 - 23:42
“Çelsi”nin baş məşqçisi Joze Mourinyo Didye Droqba barəsində təriflər yağdırmaqda davam edir. Apasport.az saytının məlumatına görə, 2 illik ayrılıqdan sonra London klubuna qayıdan futbolçu məşqdə göstərdiyi oyunu ilə portuqaliyalı mütəxəssisi xoşbəxt edib.
Mourinyo Droqbanın oyununa baxdıqdan sonra “Onda hələ də qatil xarakteri var” deyib: “Hələ də rəqibləri pis vəziyyətə qoya biləcək və qol vuracaq formadadır. Fiziki vəziyyəti dəyişməyib. Mentaliteti də yerindədir. Onda çıxdığı hər oyunda qalib gəlmək istəyini hələ də görürəm. Bizim üçün çox önəmli futbolçu olacaq”.
0
0