“Çelsi”nin baş məşqçisi Joze Mourinyonun kreslosu laxlayıb. Apasport.az saytının İngiltərə mətbuatına istinadən məlumatına görə, London klubu portuqaliyalı mütəxəssisə son bir şans verib.
Premyer Liqanın X turunda “Vest Hem”ə məğlubiyyətdən sonra turnir cədvəlində 15-ci pilləyə düşən “zadəganlar” “Liverpul”la qarşılaşmada Morunyonun rəhbərliyi altında sonuncu dəfə meydana çıxa bilər. Həmin matçda da uğursuz nəticə təcrübəli mütəxəssisin istefaya göndərilməsi ilə nəticələnə bilər.
“Çelsi” rəhbərliyi bu posta namizədini də artıq müəyyənləşdirib. Bu, “Bavariya”nın baş məşqçisi Pep Qvardioladı. İngiltərə klubunun sahibi Roman Abramoviç ispaniyalı mütəxəssislə danışıqlara da başlayıb. Abramoviç bu keçid müqabilində “Bavariya”ya təzminat haqqı ödəməyə də hazırdı. Almaniya təmsilçisi ilə mövsümün sonuna qədər olan müqaviləsinin müddətini yeniləməyən Qvardiola özü də İngiltərəyə köçmək arzusundadı.
Qeyd edək ki, Abramoviç 2013-cü ildə Qvardiolaya təklif göndərsə də, həmin vaxt ispaniyalı seçimini “Bavariya”nın lehinə etmişdi.
- “Nottingem”in yeni baş məşqçisi bəlli olub - RƏSMİ
- “Bavariya” rəhbərliyi qərarını verdi: Kompani ilə yola davam
- Okan Buruk: "Sinqonun sağalması üçün ən azı iki həftə lazımdır"
- "Atletik"in baş məşqçisi: "9:0 hesabı ilə qalib gələcəyimiz haqda deyilənlər dəhşətdir"
- Xabi Alonso: “Arda, Mesut Özil və Quti Hernandezin qarışığıdır"